Şef-aşpaz Oqtay Cəfərovdan yemək sirləri

Oqtay CəfərovYarpaq dolmasının dadlı olması üçün:
— Hər şeydən öncə, aşpaz yüksək əhval-ruhiyyədə olmalıdır;
— Yarpaq yaxşı seçilməlidir, məsələn, Novxanı yarpağı...;
— Nəinki yarpaq dolması, ümumiyyətlə, bütün yeməklər vam odda, yavaş-yavaş bişməlidir;
— Dolmalıq ət yumşaq olmalı və yaxşı olar ki, quzu əti olsun.
 
Oqtay ustanın aşının-plovunun dadı, ətri insanı valeh edir. Bəs onları necə belə dadlı edirsiniz, sualımıza belə cavab verdi:
— Həmişə T.Əmiraslanov deyir ki, düyü qadına bənzəyir, onunla incə davranmaq lazımdır. Doğurdan da, düyü ilə çox zərif hərəkət etmək lazımdır. Onu soyuq suda deyil, isti suda islağa qoymaq lazımdır. Ən azı 3-4 saat, yaxşı olar ki, gecədən səhərə kimi suda islaqda qalsın. Belə olan halda düyü şişir və bişəndə isə əyilir, yumşaq olur. Düyünü sadəcə yaxalayıb qaynadanda isə diri qalır.
Davamı →

Ət bişirməyin sirləri

Əti qızardacaqsınızsa onu yuyandan sonra qurudun, yoxsa qızardarkən kəf qoyar.

Ət soyuq su ilə yuyulmalıdır, amma suda çox saxlamaq olmaz.

Əti bişirərkən bulyonun dadlı olmasını istəyirsinizsə soyuq suya, ətin özünün dadlı olmasını istəyirsinizsə isti suya salıb bişirin.

Ət nə qədər vam xodda bişərsə, bir o qədər dadlı olar.
Davamı →

Soda yoxsa, Qabartma tozu?

Adətən xəmiri köpdürmək, həcmli etmək üçün ya qabartma tozundan, ya da daha daha köhnə üsul olan sodadan istifadə edirlər. Soda tək başına bir iş görə bilmir. Onu canlandırmaq, köpürtmək üçün mütləq sirkədən istifadə etmək lazımdır. Və sirkə ilə sodanın qarışmasından yaranan qaz xəmiri köpdürür.

Təcrübəli kulinarlar quru ərzaqlara, məsələn, una soda tökməyi, duru ərzaqlara isə sirkə əlavə etməyi məsləhət görürlər. Sonra unla yağlı, yumurtalı kütləni birləşdirəndə soda ilə sirkə məhz xəmirin içində qarışmalı və bunun daha effektiv olduğu söylənilir.

Amma bəzən bunun özü də yaxşı nəticə vermir. Sodanın da qədərini una görə düzgün təyin etmək lazımdır. Sodanın miqdarı çox olarsa, bişirdiyimiz məmulatdan xoşagəlməz qoxu gələcək. Amma qabartma tozu ilə bağlı belə problemimiz yoxdur. Doza həddi aşılsa belə, bu xəmirdə hiss olunmur.
Davamı →

Sosiskanı qaynatmaq olmaz

Evdə yemək olmayanda sosiska-kolbasa yada düşür. Axı onlar ən rahat tezbazar yeməkdir. Həm dadlıdır, həm də 2 dəqiqəyə süfrənizdədir!

Yəqin ki, siz də sosiskanı qaynadır və “2-5 dəqiqə qaynasın, bir az da şişsin, dadlı olsun” düşüncəsiylə hazırlayıb sonra yeyirsiz. Amma bu, yanlışdır! Sosiskalar bişmiş olduğu üçün onları qaynatmağa heç gərək yoxdur!

Sosiskanı soyuq halda yemək istəmirsizsə, o zaman qaynar suda sadəcə isitmək (!) və ya mikrodalğalı sobada 30 saniyə saxlamaq olar. Yəni, bu ət məhsulu qaynadılmır, sadəcə isidilir. Qaynadıldığı halda dadı-tamı itir, ədviyyatları suya çıxır.

Bəziləri isə sosiskaların “plyonkası”nı soyub qaynadır ki, bu da doğru deyil, onlar qida pərdəsi ilə qaynar suya salınmalı, sonra soyulmalıdır, belə olan halda ətin dadı da özündə qalır.
Davamı →

Ədviyyatlardan düzgün istifadə qaydaları

Qoyun və mal əti üçün: qırmızı, qara və pul bibər, mixək, kəklikotu, kimyon, zirə, sarıkök, zərdəçal, soğan, oreqano

Toyuq və digər quş ətləri üçün: kəklikotu, rozmarin, reyhan qurusu, adaçayı, kəklikotu

Balıq əti üçün: dəfnə yarpağı, ağ istiot, zəncəfil, pul bibər,soğan, keşniş və ya toxumu, çili bibəri, xardal, şüyüd, kəklikotu, soğan

Qril (izaqara) üçün: qırmızı istiot, mayoran, hind qozu, zirə, zəncəfil, çili bibəri, hil

Kələm üçün: keşniş, razyana, qara xardalın toxumu, kimyon
Davamı →

Mətbəxdə silikon qablar

Silikon kvars qumundan hazırlanır. Bir sıra kimyəvi reaksiyalardan sonra plastik, neytral, iysiz silikon əşyalar hazırlanır. Silikondan hazırlanan müxtəlif əşyalardan tikintidə, optikada hətta, qadınlar özlərini daha gözəlləşdirməkdən ötrü ondan istifadə edirlər. Silikonun mətbəxdə rolu da əvəzsizdir.

Yeməkləri hazırlamaq üçün istifadə olunan silikon qablar fantastika yox, həqiqətdir. Belə qablarda yeməkləri isti sobada bişirmək, həmçinin bu qablarda ərzaqları soyuducuda saxlamaq mümkündür. Belə materialdan hazırlanan qablar çox əlverişlidir. Onlar əldən döşəməyə düşəndə qırılmır.

Silikondan hazırlanan əşyaları asanlıqla yumaq mümkündür. Belə materialdan hazırlanan qablarda tortlar, kekslər bişirmək olar. Belə qablarda yeməklər metal və şüşədən hazırlanmış qablardan tez bişir. Silikondan hazırlanmış qaşıqlarla tavada asanlıqla yemək bişirmək olar. Bu qaşıqlar tavaların dibini qarışdırdıqda onları cızmır. Onları yuyanda islandıqda əldən sürüşmür.
Davamı →

Xörəyi nədə bişirək?

Emallı qab
Çuqun və dəmirdən hazırlanıb, üzərinə 2-3 lay emal çəkilir. Belə qabda yemək tez yanır və çətin təmizlənir. Bişirməyə başlamazdan əvvəl mütləq bir neçə dəfə soyuq su ilə yaxalanmalıdır. Emalı qopmuş qazanda yemək bişirmək, xüsusən, süd qaynatmaq olduqca təhlükəlidir.

Alüminium qab
Artıq bir çox ölkələrdə bu materialdan olan qablar istifadə olunmur. Qabın tərkibindəki alüminium tədricən yeməyə qarışıb, orqanizmə keçir. Belə qazanın dibinə yemək tez yapışır, təmizlənməsi çətinlik yaradır. Evdar xanımlar qalıqları təmizləmək üçün dəmir sürtgəcdən istifadə edirlər ki, bununla da qazanın dibi cızılır. Cızılmış hissədən alüminium metal tozları asanlıqla yeməyə keçir və insanın bu metalla zəhərlənmə ehtimalını ikiqat artırır. Alüminium qabda borş, süd, kisel bişirmək olmaz. Uşaqlar üçün belə qabda yemək bişirmək qəti qadağandır.
Davamı →

Ceymi Oliverdən mətbəx sirləri

1. Kotletə forma verən zaman əlinizi tez-tez isladın ki, ovcunuza yapışmasın.

2. Tapmadığınız inqredienti digər ərzaqla əvəzləyin, onsuz da dadlı alınacaq.

3. Makaron və ya vermişelin daha dadlı alınması üçün süzərkən, dibində biraz su saxlayın.

4. Limon və digər sitrus meyvələrdən daha çox şirə çıxmartmaq istəyirsinizsə, sıxmazdan öncə masa üzərində əlinizlə basaraq, yuvarlayın.

5. Kartofu soyub, yuduqdan sonra, üzərini ya dəsmal ya da salfetlə örtün ki, suyunu çəkib, bişdikdən sonra daha ləzzətli olsun.
Davamı →

Ətin xarab olduğunu göstərən əlamətlər

Xüsusilə ət kimi məhsulları təzə-təzə alıb bişirmək olduqca vacibdir. Saxlanılan ət xarab olur və bilinmədən yeyildikdə zəhərlənmələrə yol açır. Bəs xarab əti necə tanımaq olar?

Ətin rənginə baxın
Ətin təzə, yaxud xarab olduğunu bilməyin ən asan yolu onun rənginə baxmaqdır. Təzə ət qırmızı və parlaq olur. Əgər ət saxlandıqdan sonra rəngi bənövşəyi olmağa başlayırsa, bu, onun köhnəldiyini göstərir. Üzərində yaşıl və qara nöqtələr varsa, bu, ət artıq xarab olub deməkdir.
Davamı →